+3 👍
171 👀
Şəxslər, Tarix

Elat nə deməkdir? 

5 Ответы

0 👍
Tayfa əyyanlarından asılı, yarımköçəri həyat sürən maldar kəndlilər
0 👍
Tayfa, tayfa ittifaqı və ya etnik birlik.

Əsasən, Yaxın və Orta Şərqin türkdilli əhalisi arasında geniş yayılmış elat termini oturaq həyat tərzi keçirən əkinçilərdən fərqlənən köçəri və ya yarımköçəri maldarlar haqqında işlədilib. Keçmişdə Azərbaycanda da maldarlıqla məşğul olan əhali qrupları belə adlandırılıb, elatın başçısına isə elxan (ilxan) deyilib. XIX əsrin ortalarında Şamaxı qəzasında əhalinin 28,6%-ni, Lənkəran qəzasında 11,9%-ni E.-lar təşkil edib.
0 👍
1. Arxaizm. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el.
..Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə keçibdir. (F.Köçərli).
2. Arxaizm. Başlıca olaraq maldarlıqla məşğul olan köçəri kənd əhalisi.
Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən gəlmişdi Qırxlar dağına. ("Qaçaq Nəbi”).
0 👍
1. Bu söz bağ-bağat kəlməsindəki bağat komponenti ilə eyni model üzrə əmələ gəlib. Şəkilçi (-at) ərəbcə cəmlik bildirir, kök öz sözümüzdür. Güman ki, el sözü biz­dən əvvəlcə ərəblərə keçib, sonra isə elat şəklində bizə qayıdıb.

2. Söz eldaş (bir eldən olan) kimi olub və təhrif nəticəsində “elat”a çevrilib. Qədimdə el – qohumlar birliyi (qəbilə) mənasını verib, gün isə (“elimin, günümün böyük şairi” deyirik) bir qədər geniş anlayışı (tayfa) əks etdirib. Ulus kəlməsi də el ilə kökdaşdır və məna tutumuna görə ondan xeyli geniş olub. Başqa bir yozum da mümkündür: elat “köçəri həyat sürənlər” deməkdir, atlılar anlamını verir. Osman eli ifadəsi dilimizdə al Osman şəklində düşdüyü kimi atlı el birləşməsinin də elat formasını kəsb etməsi mümkün olan haldır. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
0 👍
Elat

Похожие вопросы

+3 👍
3
04/03/21 anonim Şəxslər, Tarix
+2 👍
1
18/02/21 anonim Şəxslər, Tarix
+2 👍
1
+2 👍
2
16/02/21 anonim Şəxslər, Tarix
0 👍
1
...