Cəmiyyətə və adamlara münasibətdə öz şəxsi maraqlarını hər şeydən üstün tutmaq; altruizmin əksi olan əxlaqi keyfiyyət.
Fərdiyyətçiliyin təzahür formalarından biri kimi eqoizm insanın davranışında yalnız xüsusi mənafeyini rəhbər tutmasında, cəmiyyətin və başqalarının mənafeyi ilə hesablaşmamasında öz ifadəsini tapır.