+1 səs
760 baxış

Xəritələrin növləri və tipləri

1 cavab var:

0 səs
 

Dünyada hər il miqyasına, məzmununa və təyinatına görə fərqlənən minlərlə müxtəlif xəritə və atlaslar nəşr edilir.

Xəritələr miqyasına görə böyük miqyaslı (1:200000 və daha böyük), orta miqyaslı (1:200000-dən 1:1000000-a qədər) və kiçik miqyaslı (1:1000000 və daha kiçik) xəritələrə bölünür. Əhatə etdiyi əraziyə görə xəritələr öz-özlüyündə dünya, yarımkürələr, materiklər, okeanlar, dövlətlər, fiziki-coğrafi regionlar (məsələn, Mərkəzi Avropanı, Cənub-Şərqi Asiyanı, Mərkəzi Amerikanı və digər əraziləri əhatə edən), dövlətlər, vilayətlər, şəhərlər və s. xəritələrə ayrılır.

Məzmununa (və ya mövzusuna) görə xəritələr ümumcoğrafi və tematik xəritələrdən ibarətdir. Ümumcoğrafi xəritələr miqyasdan asılı olaraq topoqrafik (yun. "topos" - məhəl, "qrafo" - yazıram) xəritələrə (miqyası 1:200000 və daha böyük), icmal-topoqrafik xəritələrə (miqyası 1:200000-dən 1:1000000-a qədər) və icmal xəritələrə (miqyası 1:1000000 və daha kiçik) bölünür. Ümumcoğrafi xəritələrdə yaşayış məntəqələri və ayrı-ayrı tikililər, yollar, dənizlər, relyeflər, bitki örtüyü və sair bu kimi xəritənin miqyasına gələ bilən istiqamət yönləri göstərilir.

Ümumcoğrafi xəritələrdən fərqli olaraq, tematik xəritələrdə, adətən, bir mövzudan (temadan) bəhs edilir. Məsələn, torpaq və ya geoloji quruluş, bitki örtüyü və ya əhali və s. Tematik xəritələr təbiət xəritələrinə ictimai təzahür xəritələrinə ayrılır. Xəritədə həsr edilə biləcək mövzuların miqdarı olduqca böyükdür və artmaqda davam edir. Bununla yanaşı qiymətləndirmə, proqnoz, retrospektiv (lat. "retro" - geri, "spectare" - baxmaq), həm də keçmişin obyektlərinə və hadisələrinə müraciət edən xəritələr də tərtib edilir. Son illər tematik kartoqrafiyada yeni istiqamət - ekoloji (yun. "oykos" - ev, vətən, "loqos" - elm) kartoqrafiya inkişaf edir. Ekoloji xəritələrdə insanın həyat və fəaliyyəti üçün ətraf mühitin vəziyyəti qiymətləndirilir, ekoloji təhlükəli obyektlər (çirkləndirmə mənbələri) aşkar edilir, təbiətdə dəyişmələr və pozulmalar müəyyənləşdirilir, əhalinin sağlamlıq göstəriciləri təyin edilir.

Xəritələr uşaqlar və böyüklər, şagirdlər və tələbələr, turistlər və hərbiçilər, digər sahələrin mütəxəssisləri üçün tərtib edilir. Kimin üçün təyin edildiyindən və necə istifadə olunacağından asılı olaraq xəritələr tədris (məsələn, orta və ali məktəblərdə coğrafiyanı və tarixi öyrənmək üçün), turizm, elmi-arayış və s. təyinatlar üzrə ayrılır. Aşağı və yuxarı sinif şagirdlərinin atlaslarını müqayisə etsək, görərik ki, sinifdən-sinfə keçdikcə xəritələr mürəkkəbləşir və daha çox informasiya daşıyır. Görmə qabiliyyəti zəif olan və kor insanlar üçün planetimizi təsəvvür etmək məqsədi ilə xüsusi xəritələr tərtib edilir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
0 cavab
soruşub 15 İyulda anonim
...