+3 səs
303 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Dəniz nədir?

5 Cavab

0 səs
Okeanın bir hissəsi olan, ondan quru və ya sualtı astanalarla ayrılan su hövzesi. Mövqeyinə görə daxili, kənar və adalararası denizlərə bölünür.
0 səs
Duzlu su ilə dolu olan və quru ilə əhatələnmiş böyük sahə, okeanın bir hissəsi.
0 səs
Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya.
2. Acı-şor suyu olan çox böyük göl.
3. Yer üzündəki okean və dənizlərin məcmusu.
4. Süni surətdə düzəldilmiş çox böyük sututar.
5. Məcazi mənada: təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir.. Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. (M.Müşfiq).
0 səs
Belə güman olunur ki, bu söz duz kəlməsi ilə kökdaşdır, suyu şor olduğu üçün ona “dəniz” (duzlu) deyiblər. İkinci ehtimala görə, dəniz sözü dərin, dərə kəlmələri ilə qohumdur. Üçüncü yozum belədir: çingiz və dengiz (dəniz) sözləri eyni olub. Çingiz sözündəki çi hissəsi “su” deməkdir (çən, çay...kimi sözlərlə müqayisə et), çingiz “su çoxluğu” kimi başa düşülə bilər. Dəniz isə onun təhrif olunmuş variantıdır.
0 səs
Dünya okeanının quruya doğru irəliləmiş və ondan quru sahəsi, o cümlədən yarımada və adalarla qismən təcrid olunmuş hissəsi.

Dənizlər okeanın digər sahələrindən suyunun fiziki-kimyəvi xassələri, meteoroloji və iqlim xüsusiyyətləri ilə fərqlənir. Coğrafi mövqeyinə görə dənizlər üç qrupa bölünür:

1. Daxili dənizlər (materiklərarası və materikdaxili).

2. Kənar dənizlər.

3. Adalararası dənizlər.

Daxili dənizlərə Ağ, Karib, Qırmızı dənizlər aiddir. Kənar dənizlər (Kara, Barens, Oxot və s.) materiklərin sualtı davamı olan və dərinliyi, adətən, 200 m-i keçməyən şelf zonasında yerləşir. Adalararası dənizlər isə əksər hallarda materiklərdən uzaqda, adalar arasında yerləşir – məsələn, Fici, Sulavesi, İrland dənizləri və s.

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 04 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
...