+3 səs
602 baxış
Terminlər, Sözlər bölməsində

Despot nə deməkdir?

3 Cavab

0 səs
Qəddar hökmdar, zalım
0 səs
1. Qeyri-məhdud hakimiyyətə malik, ölkəni qanunlarla deyil, istəklərinə uyğun idarə edən hökmdar.

2. Bizans dövlətində XII əsrdən başlayaraq imperatorun ən yaxın adamlarına verdiyi titul.

Despotların imperatorun libasına oxşar libas geymək hüququ və bir sıra digər imtiyazları olub. Bundan əlavə, ayrı-ayrı vilayətlər onların idarəçiliyinə verilib. Belə vilayətlərə «despotat» deyilib.

3. Başqalarını öz iradəsinə tabe olmağa məcbur edən, hərkətlərində heç kəslə hesablaşmayan müstəbid adam.
0 səs
1. Dövləti qanun əsasında deyil, öz istədiyi kimi idarə edən zülmkar, müstəbid hökmdar; hakimi-mütləq.
Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də despota çevirir. (M.Arif).

2. Məcazi mənada: başqalarını öz iradəsinə tabe etməyə çalışan, onların arzu və iradəsini tapdalayan adam.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...