Müəyyən proqram üzrə tərtib edilmiş coğrafiya xəritələri məcmusu.
Coğrafiya atlasına daxil olan xəritələr sistemli şəkildə bir-birini tamamlayır (məsələn, Yerin atlası, Günəş sistemi planetlərinin atlası, astronomik atlas). İlk xəritələr məcmuəsi qədim yunan alimi Ptolemey tərəfindən e.ə. II əsrdə hazırlanıb. Lakin xəritələr toplusuna Coğrafiya atlası adını ilk dəfə 1595-ci ildə holland kartoqrafı Gerard Merkator verib.