Bir-biri ilə sıx əlaqədə olan, Yerin coğrafi örtüyünü, onun strukturunu, komponentlərini öyrənən təbiət elmlərinin və ictimai elmlərin cəmi.
Fiziki coğrafiya və ictimai-iqtisadi coğrafiya kimi iki böyük sahəyə bölünür. Kartoqrafiya coğrafiyanın xüsusi sahəsini təşkil edir. Təbiətlə insanın, cəmiyyətin qarşılıqlı təsirinin öyrənilməsi coğrafi araşdırmaların ən mühüm istiqamətlərindən biridir. Coğrafiya terminini elmə e.ə. II əsrdə yunan alimi Eratosfen gətirib.