Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtə.
İki coğrafi qütb – Şimal və Cənub qütbləri mövcuddur. Bütün coğrafi meridianlar coğrafi qütblərdə birləşir, buna görə də onların coğrafi uzunluqları olmur. Coğrafi qütblərdə cəhətlər də yoxdur, temperatur çox aşağıdır, vaxt adi qaydada gecə və gündüzə bölünmür: burada günəş ilin bir yarısı görünmür (qütb gecəsi), digər yarısı batmır (qütb gündüzü). Şimal coğrafi qütbü Şimal Buzlu okeanı sahəsində yerləşir, Cənubcoğrafi qütbü Antarktida materikindədir.