Yer səthində hər hansı nöqtənin vəziyyətini təyin edən koordinatlardan biri, ekvatorla həmin nöqtə arasındakı meridian qövsü.
Coğrafi enlik ən böyük paralel çevrəsi olan ekvatordan şimala və cənuba doğru 0°-dən 90°-yə qədər hesablanır. Bir paralel üzərindəki bütün nöqtələr eyni coğrafi enlikə malikdir; məsələn, ekvator üzərində istənilən nöqtənin coğrafi enliyi 0°-yə, Şimal qütbündə – 90° şimal enliyinə, Cənub qütbündə – 90° cənub enliyinə bərabərdir.