+1 голос
104 просмотров
от в категории Şəhər, Ölkə, Coğrafiya

Bioloji müxtəliflik  nə deməkdir? 

1 Ответ

0 гол-в
от
Yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.  Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşəratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
2 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
3 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
2 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
2 ответов
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...