+1 səs
265 baxış

Xəritə üzrə istiqamət necə təyin edilir?

1 cavab var:

0 səs
 

Xəritə üzrə cəhətləndirmə - ərazini, ətraf cisimləri, relyefi tanımaq, dünyanın cəhətlərini və öz marşrutunu təyin etmək bacarığıdır. Bunun üçün kompasın əqrəbini marşrut üzrə yönəltmək və maqnit azimutunu bilmək lazımdır. Maqnit azimutu - şimal maqnit qütbü ilə verilmiş istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqdır. O, 0° ilə 360° arasında dəyişir (0° - şimal, 90° - şərq, 180° - cənub, 270° - qərb).

Maqnit azimutunu bilməklə, istənilən istiqaməti xəritəyə köçürmək olar. Bunun üçün transports vasitəsilə ən yaxın meridiandan uyğun bucağı ölçmək lazımdır. Bu zaman həqiqi azimutu təyin etmək üçün maqnit meyilliyi nəzərə alınmalıdır. Çünki kompas əqrəbinin yönəldiyi şimal maqnit qütbü ilə coğrafi şimal qütb üst-üstə düşmür. Maqnit meyilliyini XI əsrdə Çin alimi Şen Qua kəşf etmişdir. Maqnit meyilliyi qiyməti hər bir topoqrafik xəritədə göstərilir. Şərqə meyiletmə - müsbət, qərbə - mənfi işarə edilir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
0 səs
1 cavab
soruşub 02 Sentyabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 29 Apreldə, 21 anonim Biznes, Maliyyə bölməsində
...