+1 голос
246 просмотров
от в категории Şəhər, Ölkə, Coğrafiya

Aysberq nədir?

3 Ответы

+1 голос
от
 
Лучший ответ
Okeanlarda hərəkət edən nəhəng buz parçası; buz dağı.
Aysberqin təxminən 90%-i suyun altında olur və görünmür. Bu səbəbdən aysberqlər gəmilər üçün böyük təhlükə törədir.
+1 голос
от
Dünya okeanında materik mənşəli üzən "buz dağı"
+1 голос
от
Buzlağın kənarından qopub dəniz və ya okeanda üzən böyük buz parçası.
Ən iri Aysberqlər Antarktida və Qrenlandiyanın şelf buzlaqlarından qopur. Antarktida materikinin sahəsinin 98%-i, Qrenlandiya adasının sahəsinin təqribən 85%-i belə buzlaqlarla örtülüdür. Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiyadan (60-70° şm.e.) ayrılan Aysberqlər su cərəyanları vasitəsilə Nyufaundlend adasına qədər (48° şm.e.) gəlib çatır. Antarktida ətrafında Aysberqlərin iki dreyf zonası var: şərqdən qərbə atmosfer sirkulyasiyası ilə əlaqədar sahilyanı dreyf zonası və dayanıqlı şərq cərəyanı ilə əlaqədar şərq dreyf zonası. Şərqi Antarktidada tərkibindəki şirin suyun həcmi 4165 km³-ə çatan on minlərlə Aysberq müşahidə edilib. Buzun və dəniz suyunun sıxlığından asılı olaraq Aysberqlərin kütləsinin təqribən 5/6 hissəsi su altında qalır. Onlar gəmilər üçün böyük təhlükə törədir. 1912-ci il aprelin 14-də Liverpuldan Nyu-Yorka gedən nəhəng sərnişin gəmisi “Titanik” məhz Aysberqlə toqquşma nəticəsində məhv olmuşdu.

Похожие вопросы

0 гол-в
3 ответов
спросил 20 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
0 гол-в
4 ответов
спросил 20 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
0 гол-в
1 ответ
спросил 20 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
0 гол-в
1 ответ
спросил 20 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 гол-в
1 ответ
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...