+1 səs
380 baxış
Terminlər, Sözlər bölməsində

Arxeologiya nədir?

4 Cavab

+1 səs
 
Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.
İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.
+1 səs
Maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənən elm.
Arxeologiya qədim əmək alətləri, insan məskənləri, qəbirlər, qaya təsvirləri, silahlar, istehkamlar və s. maddi mədəniyyət qalıqlarının tədqiqi ilə məşğul olur. Onları arxeoloqlar, əsasən, qazıntı işləri aparmaqla aşkar edib öyrənirlər. Arxeologiya tarixin məkan və zaman çərçivəsini xeyli genişləndirib: yazı 5 min il əvvəl meydana gəldiyi üçün ondan öncəki təqribən 2 milyon illik bəşər tarixini xeyli dərəcədə məhz Arxeologiyanın sayəsində araşdırıb üzə çıxarmaq mümkün olub. Bununla bərabər, tarixdə ilk yazı nümunələri də (Misir heroqlifləri, qədim yunan və Babil mixi yazıları) arxeoloqlar tərəfindən aşkarlanıb. Arxeologiya terminini birinci olaraq e.ə. IV əsrdə qədim yunan filosofu Platon işlədib.
+1 səs
Qazıntı yolu ilə tapılan mədəniyyət nümunələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elm.
Arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət nümunələrinə əmək alətləri, silahlar, məişət və bəzək əşyaları, dini inancla bağlı əşyalar, qəbirlər və s. aiddir.
+1 səs
Maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənən elm; tarix elminin sahələrindən biri.
Arxeologiya qədim əmək alətləri, insan məskənləri, qəbirlər və s. maddi mədəniyyət qalıqlarını tədqiq edir.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...