+1 səs
293 baxış
Terminlər, Sözlər bölməsində

Areal nədir?

4 Cavab

+1 səs
 
Bitki, yaxud heyvan növlərinin yer səthində təbii yayıldığı sahə.

Bəzi heyvan və bitkilər yalnız məhdud sahədə, digərləri isə bir neçə materikdə yaşayır. Bütün dünyada yayılmış bitki qrupları kosmopolit areal adlanır. Areal öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır.
+1 səs
Hər hansı komponentin (bitki, heyvan, xalq) yayıldığı sahə
+1 səs
Müxtəlif qəbildən olan şeylərin (xalq, dil, heyvan, bitki) yayıldığı ərazi.
Dil arealı.
+1 səs
Hər hansı bitki və ya heyvan növünün Yer səthində, akvatoriyada yayıldığı sahə.

Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə, yaxud onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növ və orqanizm qrupları kosmopolit areala, yalnız məhdud ərazidə rast gəlinən növ və orqanizm qrupları isə endemik areala malikdir. Ayrı-ayrı növlər, coğrafi ərazilər üçün areal xəritələri, həmçinin Yer kürəsi miqyasında qlobal areal xəritələri mövcuddur. Areaların müqayisəli şəkildə öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyət kəsb edir.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...