+1 səs
31 baxış
Fəlsəfə, Dərkedilməyən bölməsində

Animizm nədir?

3 Cavab

+1 səs
 
Ruhlara sitayiş.

Animizmə görə, insanlar, heyvanlar, maddi aləmin digər cisim və hadisələri müstəqil və qeyri-məhdud ruhlar tərəfindən idarə olunur. Animizmin yaranması və inkişafı ibtidai insanların təbiət qüvvələrinə qarşı mübarizədə acizliyi ilə bağlı olub. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və bu kimi hadisələri bədəndəki ruhun fəaliyyəti ilə əlaqələndirib. Azərbaycan ərazisində ilk animistik təsəvvürlər e.ə. V–IV minilliklərdə yaranıb. Qədim Azərbaycan adətinə görə, pərvanəni öldürmək günah hesab olunub, çünki pərvanə evə gəlmiş dədə-baba ruhu sayılıb. Animizmin bir çox ünsürləri xristian, islam və s. dinlərə keçib. Animizm ilkin formasında dünyanın ən ucqar bölgələrində ictimai inkişafda geri qalmış tayfalar arasında öz mövqelərini bu gün də saxlayır. Animizm terminini elmi dövriyyəyə ilk dəfə XVIII əsrin əvvəlində alman alimi Georq Ştal daxil edib.
+1 səs
İbtidai insanların hər şeydə ruh olmasına inanması.
+1 səs
İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi).
Animizmin başlıca ideyası.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 27 Dekabrda, 20 anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Fəlsəfə, Dərkedilməyən bölməsində
+3 səs
1 cavab
soruşub 03 Fevralda anonim Fəlsəfə, Dərkedilməyən bölməsində
+3 səs
1 cavab
soruşub 03 Fevralda anonim Fəlsəfə, Dərkedilməyən bölməsində
+3 səs
1 cavab
soruşub 03 Fevralda anonim Fəlsəfə, Dərkedilməyən bölməsində
...