+1 səs
169 baxış
Qanun, Hüquq bölməsində

Akt nədir?

3 Cavab

+1 səs
 
Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün  xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü.

Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:

1. “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.

 2. “Akt” sözünün altında aktın tərtib edildiyi tarix və yer göstərilir.

 3. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.

 4. Yoxlama predmeti haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.

 5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.

 6. Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur.
+1 səs
(lat. actus — fəaliyyət) Müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir.
+1 səs
1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı protokol və s.
Akta qol çəkmək. Notarial akt.

2. Dövləti və ictimai əhəmiyyəti olan fərman, qərar. Torpağın həmişəlik istifadə üçün kəndlilərə verilməsi haqqında dövlət aktı.

3. Teatrşünaslıq. Teatr tamaşasının bir hissəsinə, bir pərdəsinə verilən ad.
Tamaşanın aktları (pərdələri) adətən fasilələrlə ayrılır.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 12 Fevralda anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 04 Fevralda anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 05 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 12 Fevralda anonim Qanun, Hüquq bölməsində
...