Qədim yunan şəhərlərinin, adətən, yüksəklikdə tikilən və istehkama çevrilmiş hissəsi, qala.
Ən mühüm hakimiyyət orqanlarının binaları və məbədlər, bir qayda olaraq, Akropolda yerləşib. Müharibələr zamanı akropol qala kimi vətəndaşların sığınacağına çevrilib. Ən məşhur akropol – Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq təpədə tikilmiş, 3000 illik tarixə malik qala hesab olunur. Dünya memarlığının nadir inciləri sayılan Afina və Erektion məbədləri, həmçinin «bütün allahların məbədi» Panteon burada yerləşir.