+1 səs
78 baxış
Digər bölməsində

Yuli (Yulian) təqvimi nədir?

2 Cavab

+1 səs
 
E.ə. 46-cı ildə Yuli Sezar tərəfindən tətbiq edilmiş tarixin hesablama sistemi (köhnə üslub).

Yulian təqvimini əslən isgəndəriyyəli olan yunan astronomu Sozigen tərtib edib. Burada sıra sayı dördə bölünən illər uzun illər sayılır; başqa sözlə: ilin orta uzunluğu 365,25 gün hesab edilir. Bu isə tropik ildən 0,0078 gün uzun olduğu üçün hər 400 ildə 3 gün xəta yaranır. Həmin səbəbdən 1582-ci ildən başlayaraq Yulian təqvimi Qriqori təqvimi ilə əvəz olunmağa başlanıb. Yulian təqvimi ilə Qriqori təqvimi arasında fərq XVIII əsrdə – 11, XIX əsrdə – 12, XX əsrin əvvəlində isə 13 gün təşkil edib.
+1 səs
Tarixin hesablanma sistemi, ilk Günəş təqvimi. Yuli Sezarın göstərişi ilə başda Sozigen olmaqla bir qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilmiş və e.ə. 45-ci ildən Roma imperiyasının əsas təqvimi olmuşdur. İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29 gündən ibarət olur. Təqvim 1582-ci ildə Qriqorian təqvimi ilə əvəz edilmişdir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 08 Fevralda anonim Şəxslər, Tarix bölməsində
+2 səs
2 cavab
soruşub 30 Dekabrda, 20 anonim Digər bölməsində
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim
+1 səs
1 cavab
+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Digər bölməsində
...