+1 səs
89 baxış
Digər bölməsində

Zəkat (sədəqə) nədir?

3 Cavab

+1 səs
 
İslamda ehtiyacı olan müsəlmanların xeyrinə toplanan vergi.
Zəkatın hicrətdən dərhal sonra tətbiq olunduğu ehtimal edilir. Onun kökləri isə islamaqədərki tayfa adətləri ilə bağlıdır. Quranla rəsmiləşdirilmiş zəkatı yalnız iş qabiliyyətinə malik kişilər sahib olduqları əkin sahələri, üzümlük və xurma ağacları, mal-qara, qızıl və gümüş, eləcə də əmtəədən ödəyiblər. Əkinçilik məhsullarından zəkat yığım başa çatdıqdan sonra məhsulun 1/10-i,  digər mallardan isə təqvim ilinin sonunda onların 1/40-i həcmində  toplanıb. Yığılan vəsait qazının sərəncamına keçib və il ərzində yalnız toplandığı ərazidəki imkansızlara, şikəstlərə, yoxsullara, borcunu qaytara bilməyənlərə, zəkat yığanlara, həmçinin evə qayıtmaq üçün vəsaiti olmayan gəlmələrə və qazilərə xərclənib. Əkinçilik məhsullarından alınan zəkat əksər hallarda “üşr” adlandırılıb. İslam dininə görə, zəkat verməklə müsəlmanlar ruhən “təmizlənir” və sahib olduqları var-dövlətdən halal şəkildə istifadə etmək hüququ qazanırlar.
+1 səs
Xilafət vaxtı daşınmaz əmlakdan (tikililər, becərilən torpaqlar və s.) verilirdi.
+1 səs
Varlı müsəlmanın öz qazancından kasıblara və kimsəsizlərə vermək üçün ayırıb ödədiyi hissə, pay, sədəqə.
Zəkat vermək.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Digər bölməsində
+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Digər bölməsində
+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Digər bölməsində
+2 səs
5 cavab
soruşub 21 Yanvarda anonim Digər bölməsində
+3 səs
1 cavab
soruşub 12 Yanvarda anonim Digər bölməsində
...