1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət.
Ailə başçısı. Ailə saxlamaq. Ailə üzvü. Ailə tərbiyəsi. Ailə həyatı. Ailə vəziyyəti. Ailə məhək daşıdır (Atalar sözü)
2. Məcazi mənada: çox mehriban.
Bir ailə kimi yaşamaq.
3. Zoologiya. Bir erkəklə bir və ya bir neçə dişidən ibarət heyvan dəstəsi.
Arı ailəsi. Qarışqa ailəsi.
4. Dilçilik. Mənşəcə bir olan dillər qrupu.
Türk dilləri ailəsi. Hind-avropa dilləri ailəsi.