+1 səs
279 baxış
Şəxslər, Tarix bölməsində

Abolisionizm nədir? 

3 Cavab

0 səs
ABŞ-da və Latın Amerikasında XVIII - XIX əsrlərdə qul ticarətinin və zənci köləliyinin ləğvi uğrunda ictmai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə də dəstək qazanmışdır. ABŞ-da abolisionizm əsasən köləliyin ittihamı və ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-da 1861-1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli məsələlərin həllinə təsir göstərmişdir.
0 səs
1. Hər hansı hədsiz məhdudlaşdırıcı qanunun ləğvinə çalışan ictimai hərəkat.
Abolisionizm hərəkatı.

2. XVIII-XIX əsrlərdə ABŞ-da, sonralar isə İngiltərə, Fransa və Avropanın bir sıra digər ölkələrində köləliyin ləğvi uğrunda gedən mübarizə.
Abolisionizm dalğası.
0 səs
1. Köləliyin ləğv olunması və qulların azad edilməsi uğrunda ictimai hərəkat.
Hələ 1542-ci ildə ispan kralı V Karl hinduları köləyə çevirməyi qadağan edən fərman versə də, onun təsir dairəsi çox məhdud olub. XVII əsrdə köləliyin ləğv edilməsi tələbi ilə ingilis kvakerlər hərəkatı çıxış edib. XVIII əsrin ortalarında isə ingilis parlamentinin üzvü general Ceyms Oqletorp və tərəfdarları bu barədə müvafiq qanunun qəbul edilməsinə çalışıblar. Həmin əsrin sonlarında qulların azad olunması tələbi Avropa maarifçilik hərəkatının əsas ideyalarından birinə çevrilib. Bu dövrdə siyasi partiyaların fəaliyyətində birbaşa iştirakdan imtina edərək mətbuat və açıq çıxışlar vasitəsilə köləliyin ləğvinə yardım etməyə çalışan filantroplar abolisionist adlanıb. Lakin yalnız XVIII əsrin ikinci yarısından – Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkatın yüksəlişindən sonra A. geniş vüsət alıb.

2. Hər hansı qanunun, yaxud institutun ləğvini qarşısına məqsəd qoyan hərəkat.
Abolisionizm termini belə geniş mənada XX əsrdən etibarən işlədilməyə başlanıb.

Oxşar suallar

0 səs
0 cavab
+3 səs
1 cavab
soruşub 01 Martda anonim Şəxslər, Tarix bölməsində
+3 səs
3 cavab
soruşub 04 Martda, 21 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
...