Abissal zona (yun. abyssos - dibsiz) - okean yatağının 2500 m-dən 6000 m-dək olan dərinliklərini əhatə edən sahəyə deyilir. A.z.-da suyun hərəkəti olduqca zəifdir, şorluluq 34,7-34,9%, temperatur 1-2°, qütb sahələrində isə 0°-dir. Abissal zonanın üzvi aləmi əsasən saprofit yosunlardan, bakteriyalardan, başıayaqlı molyusklardan, braxiop-odlardan ibarət olub, heyvanlan ya gözsüzdür və ya böyük gözləri vardır. Orqanizmlərin çoxu işiq saçır. Abissal zonada yaşayan orqanizmlərə abissal orqanizmləri deyilir.