Pomidor - 1 kq, şəkər - 1,3 kq, su - 1,5 st, vanilin - 0,5 q. Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar bərk pomidorlar götürülür. Pomidorlar 6-8 san qaynayan suya salınıb dərhal soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir. Dördüncü gün mürəbbə hazır olana kimi vam istilikdə bişirilir. Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.