+1 səs
29 baxış
Yemək, Aşpazlıq bölməsində

Yerkökü mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Yerkökü - 1 kq, toz-şəkər - 1,4 kq, su - 3,2 st, vanilin - 1 q, limon turşusu - 2 q.
Mürəbbə bişirmək üçün yerkökünün Nant və Karotel sortları məsləhət görülür. Kökün özəyi bərk olmamalı, zərif ətlikli və açıq narıncı rəngli olmalıdır. Keyfiyyətli mürəbbə 102 almaq üçün bir qədər kal (yetişməmiş) yerkökü götürmək olar.
Kökü yuyur, qabığı bərkdirsə, təmizləyir (zərif qabıqlılar təmiz yuyulub qabıqlı bişirilir), sonra qalınlığı 1,5 sm-dən çox olmamaq şərtilə istənilən formada xırda hissələrə doğranılır. Yerkökü bişdikdə öz formasını yaxşı saxladığından kub, romb, dairə, ulduz və halqa şəklində doğranıla bilər. Belə mürəbbənin gözəl görünüşü olur.
Hazırlanmış köklər 5-8 dəq qaynar suda pörtülür, soyudulur və 2 dəfəyə bişirilir.
Birinci dəfə 800 q şəkərə 2 st su töküb şərbət hazırlanır, onu kökün üstünə tökür və 5 dəq qaynadırlar. Sonra mürəbbəni 10-12 saat saxlayırlar. İkinci dəfə 600 q şəkər 1,2 st su töküb şərbət hazırlayır və mürəbbəni hazır olana kimi bişirirlər. Mürəbbə hazır olana yaxın ona vanilin və limon turşusu əlavə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
...