+1 səs
41 baxış
Yemək, Aşpazlıq bölməsində

Qovun mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Təmizlənib doğranılmış qovun - 1 kq, toz-şəkər - 1,0-1,2 kq, su - 1 st, ətirləndirmək üçün vanilin - 0,5 q.
Qovun təmizlənir, düzbucaqlı və ya kub şəklində doğranılır. Doğranılmış qovun 20 dəq əhəngli suda saxlanılır.
Qovun mürəbbəsini 2 üsulla hazırlamaq olar.
1. Hazırlanmış qovun soyuq suda yuyulur, süzgəcdə saxlanılıb, suyu süzüldükdən sonra mürəbbə bişiriləcək qabda üzərinə toz-şəkər əlavə edilib sərin yerdə 8-10 saat saxlanılır. Sonra qaynayana qədər qızdırılır, yenidən 4-5 saat saxlanılır. Mürəbbə vam istilikdə hazır olana qədər 45-50 dəq bişirilib, axırda vanilin əlavə edilir (bu üsulla su ilə şəkər şərbəti hazırlanmır).
2. Əgər qovunun ətliyi çox bərkdirsə (Orta Asiya sortları bərk olur), doğranmış qovunu emallı ləyəndə 5-8 dəq qaynar suda pörtür, süzgəcə töküb soyudurlar. Pörtmək üçün istifadə olunan sudan şərbət hazırlanır, üzərinə pörtülmüş qovun tökülüb 2-3 saat saxlanılır. Qovun kəfkirlə götürülüb başqa qaba yığılır, şirə qaynayana kimi qızdırılır və şirədə yenidən 2- 3 saat saxlanılıb, üçüncü dəfə hazır olana kimi bişirilir, axıra yaxın vanilin əlavə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
...