Təmizlənmiş qabaq - 1 kq, şəkər - 1.2 kq, su - 2 st, limon turşusu - 2 q, vanilin - 0,5 q.
Qabağın qabığı və toxumu ilə birlikdə özəyi təmizlənir, düzbucaq və ya kub formasında doğranılır. 3-8 dəq qaynar suda pörtülür, üzərinə qaynar şərbət tökülüb arada 8 saat saxlamaq şərtilə 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.