Çiyələk - 1 kq, şəkər - 1,5 kq, su - 1,5 st, limon turşusu - 1 q.
Mürəbbə bişirmək üçün bərk konsistensiyalı və tünd rəngli, orta irilikdə çiyələklərdən istifadə etmək lazımdır. Giləmeyvə təmizlənir və yuyulur. Çiyələk çoxlu suda yuyulmalıdır ki, tərkibində qum və torpaq qalmasın. Giləmeyvənin suyu süzüldükdən sonra üstünə toz-şəkər, ya da şərbət tökülür. Giləmeyvənin şirəsi çıxanadək 3-5 saat saxlanılır. Şəkər qismən əriyir. Mürəbbə fasilə verilməklə 2-3 dəfəyə bişirilir. Əgər çiyələyin üzərinə şərbət tökülərsə, onu fasilə vermədən bir dəfəyə də bişirmək olar. Bişmənin axırında 1 kq çiyələyə 1 q hesabı ilə limon turşusu əlavə edilir.