+1 səs
86 baxış
Yemək, Aşpazlıq bölməsində

Heyva mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Təmizlənmiş heyva - 1 kq, şəkər - 1,2 kq, su - 2,5 st, limon turşusu - 2 q.
Heyva mürəbbəsini tam yetişmiş heyvanın turşaşirin sortlarından bişirirlər. Şirin heyva sortlarının mürəbbəsi bir qədər bərk olur.
Mürəbbə hazırlamaq üçün heyva özək hissədən və qabıqdan təmizlənir, 2 sm qalınlığında dilimlənir. Doğranmış heyvaları qaralmasın deyə suda saxlayırlar. Sonra heyva dilimləri 15-25 dəq qaynar suda pörtlədilir (çox turş heyvaları pörtlətmək lazım deyildir). Təmizlənmiş qabığı suda bişirmək və alınan həlimdən şərbət hazırlamaq üçün istifadə etmək məsləhətdir.
Əvvəlcə şəkərin yarısını götürüb üstünə heyva qabıqlarını pörtlətdikdən alınan sudan 1,5 st töküb şərbət hazırlayırlar. Qaynayan şərbəti heyva dilimlərinin üzərinə töküb 3-4 saat saxlayırlar. Yenidən 5-7 dəq qaynadıb 6-8 saat saxlayırlar. İkinci dəfə yerdə qalan şəkərə (600 q) 1 st su töküb şərbət hazırlayırlar və mürəbbənin üstünə əlavə edirlər. Bişirməni 2-3 dəfəyə başa çatdırırlar. Axırda limon turşusu əlavə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
...