+1 səs
104 baxış
Yemək, Aşpazlıq bölməsində

Sarı gavalı mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Gavalı - 1 kq, toz-şəkər - 1,3 kq, su - 1 st.
Renklod gavalısı və ya yerli albuxara gavalısından istifadə edilir. Yetişmiş gavalılar ölçüsünə görə çeşidlənir (mürəbbə üçün eyni irilikdə gavalı götürülməlidir). Soyuq suda yuyulur, tumu çıxarılıb nazik ağaj millə bir neçə yerdən deşdəklənir. Hər kəs öz zövqündən asılı olaraq gavalının çəyirdəyini çıxarıb bütöv və ya yarım gavalı şəklində mürəbbə bişirə bilər. Şəkərin yarısını gavalının üstünə səpib 6-8 saat sərin yerdə saxlamalı. Qalan şəkərə su əlavə edib şərbət bişirməli və öz şirəsini buraxmış gavalının üstünə töküb 10-15 dəq vam istilikdə qaynatmalı. 8-10 saat saxladıqdan sonra mürəbbəni hazır olana qədər bişirməli. Axırda mürəbbəyə 2-3 ədəd mixək və ya hil əlavə etməli. Mürəbbənin kəfini yığıb, otaq temperaturunda soyudub, quru bankalara tökməli, ağzını kip bağlayıb, qaranlıq və sərin yerdə saxlamalı.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda anonim Yemək, Aşpazlıq bölməsində
...