+1 голос
107 просмотров
от в категории Yemək, Aşpazlıq

Moruq mürəbbəsi necə hazırlanır?

1 Ответ

+1 голос
от
 
Лучший ответ
Moruq - 1 kq, toz-şəkər - 1,5 kq, su - 2,5 st.
Moruğun giləmeyvəsi iri və ya orta həcmli, tam dəymiş olmalı, amma dəyib ötməməlidir. Moruğun xırda yarpaqlarını və saplağını təmizləyib yuyurlar. Təzə dərilmiş moruğu yumamaq da olar. Giləmeyvələrin üzərində moruq böcəyinin xırda ağ sürfələri varsa, onları 2%-li soyuq xörək duzu məhlulunda (3-4 l suya 2 x.q.) 10-15 dəq saxlayırlar. Bu zaman sürfələr üzə çıxır və onları asanlıqla ayırmaq olur. Moruq mürəbbəsini 3 üsulla bişirmək olar.
1. Şəkərə su əlavə edilib şərbət bişirilir, giləmeyvələrin üstünə töküb qaynama dərəcəsinə çatdırılır, 5 dəq zəif istilikdə qaynadılır və otaq temperaturuna qədər soyudulur. İkinci dəfə 8-10 dəq bişirilir və soyudulur, üçüncü dəfə isə hazır olana kimi bişirilir.
2. Giləmeyvələri daha yaxşı saxlamaq üçün üstünə şəkər şərbəti töküldükdən sonra 3-4 saat saxlanılır. Sonra giləmeyvələri şərbətdən ehmalca (əzilməməsi üçün) ayırıb aşsüzənə yığır, şərbəti isə qaynayana qədər qızdırırlar. Giləmeyvələr ehtiyatla qaynayan şərbətin içinə tökülür və hazır olana kimi aramla qaynadıb mürəbbəni bişirirlər.
3. Seçmlmiş moruq gilələrinin üstünə toz-şəkər səpib 6-8 saat saxlayırlar, 5-10 dəq fasilə verməklə hər dəfə zəif istilikdə 5-8 dəq qaynadıb 3-4 dəfəyə bişirirlər. Arada kəfini yığırlar.
Bişirilən zaman moruq qaralmasın və öz rəngini itirməsin deyə qaynama müddətini çox da uzatmaq məsləhət deyil. Hazır mürəbbəni dərhal qazana töküb və ya bişirildiyi qabda soyuq suya qoymaqla soyudurlar. Moruq mürəbbəsi soyuqdəyməyə qarşı istifadə olunan ən yaxşı vasitədir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Yemək, Aşpazlıq
...