Limon - 1 kq, toz-şəkər - 1,5 kq, su - 1,5 st.
Limonlar yuyulur, qabığı soyulur. Təmizlənmiş limonlar bütöv şəkildə qaynar suda 15-20 dəq pörtülür və soyuq suda soyudulur. Limonlar dilimlənir və tumları çıxarılır. Limon pörtülmüş suda şəkər şərbəti bişirilir, limon dilimlərinin üstünə tökülüb 1 gün (24 saat) saxlanılır. Arada 8-12 saat saxlamaq şərtilə 3 dəfəyə bişirilir.