Göyəm - 1 kq, şəkər - 1,2 kq, su - 1 st.
Göyəm yuyulur, çəngəllə bir neçə yerdən deşdəklənir və üzərinə şəkər şərbəti əlavə edilir. 8-10 saat saxladıqdan sonra qaynayana qədər qızdırılır və yenidən 8-10 saat saxlanılır. Üçüncü dəfə qızdırılıb 5-6 dəq qaynadılır, soyuduqdan sonra 4-cü dəfə hazır olana kimi bişirilir. Ətir üçün 3-4 ətirşah yarpağı əlavə etmək olar.