+1 səs
130 baxış
Yemək, Aşpazlıq bölməsində

Ərik mürəbbəsi necə hazırlanır?

1 cavab var:

0 səs
Ərik - 1 kq, şəkər - 1,2 kq, su - 1,5 st, limon turşusu - 1 q.
İri əriyin çəyirdəyi çıxarılır, xırdalar isə bütöv bişirilir. Ən yaxşı mürəbbə iri yumurtavari əriklərdən alınır. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəq qaynar suda pörtülür. Üzərinə qaynar şərbət tökülür, 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərtilə 3 dəfə mürəbbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir. Ətliyi bərk olan əriklərin qabığını soyub mürəbbə bişirmək olar. Mürəbbə bişənə yaxın limon turşusu əlavə edilir. Bəzən yumurtavari əriklərin çəyirdəyi sındırılıb ləpəsi əriyin içinə qoyulur və bişirilir. Belə mürəbbə daha ətirli olur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...