+1 səs
115 baxış
Yemək, Aşpazlıq bölməsində

Qoz mürəbbəsi necə hazırlanır?

1 cavab var:

0 səs
50 ədəd qoza 1 kq şəkər, 2 st su, 2 q limon turşusu, 2 q mixək və ya hil götürmək lazımdır.
Mürəbbə bişirmək üçün qabığı bərkiməmiş sütül qoz (diametri 24 mm-dən az olmayan) götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra əhəng məhluluna qoyulur. Gündə 4-5 dəfə qarışdırmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarılmış qozları bir neçə yerdən deşdəkləyib yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün soyuq suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq pörtülür. Üzərinə şərbət əlavə edilib, arada 4-6 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu və ətirləndiricilər (mixək və ya hil) əlavə edilir. Mürəbbə bankalara yığılır, 20 gündən az olmayaraq saxlanılıb sonra yeyilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində

...