Zoğal - 1 kq, toz-şəkər - 1-1,2 kq, su - 2 st.
Qırmızı zoğaldan bütöv və çəyirdəyi çıxarılaraq mürəbbə bişirilir. Şəkərə 2 st su tökülüb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə ikinci bişirmədən əvvəl tökülür. Arada 5-8 saat saxlamaq şərtilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, bir burum qaynadılır və arada 10-15 dəq saxlamaq şərtilə 3-4 dəfəyə bişirilir. Çəyirdəksiz zoğaldan mürəbbə bişirdikdə şərbət hazırlanır və yaxud da zoğalın üzərinə toz-şəkər səpilib 6-7 saat saxlanılır. Meyvələr şirə buraxdıqdan sonra vam istilikdə birdəfəyə bişirilir. Bişirmənin sonunda mürəbbəyə ətir vermək məqsədilə 3- 5 ədəd ətirşah yarpağı əlavə edilir.