Qırmızı qarağat - 1 kq, şəkər - 1,5 kq, su - 2,5 st.
Giləmeyvələr dənələnir, kənar qarışıqlardan təmizlənir, soyuq suda yuyulur, suyu süzülmək üçün süzgəcə tökülür. Şəkərə su əlavə edilib 60-65%-li şərbət bişirilir, kəfi yığılıb üzərinə giləmeyvələr əlavə edilir. 10 saat saxlanıb otaq temperaturuna qədər soyudulur, yenidən qaynayana qədər qızdırılır, 8- 10 dəq qaynadıb, 15-20 dəq saxlayır, üçüncü dəfə hazır olana kimi bişirirlər. Qırmızı qarağat çox turş olduqda şəkər 1,7 kq götürülməlidir.