Qara qarağat - 1 kq, şəkər - 1,5 kq, su - 2 st.
Giləmeyvələr tam dəymiş, iri və şirin olmalıdır. Çeşidlənmiş giləmeyvələr yuyulur, 2-3 dəq qaynar suda pörtülür. Bu zaman giləmeyvənin qabığında xırda məsamələr yaranır, şəkəri daha tez keçirdiyindən yüksək keyfiyyətli mürəbbə alınır.
Toz-şəkərə su əlavə edilib şərbət bişirilir, kəfi yığılır, giləmeyvənin üstünə tökülüb birbaşa ara vermədən bişib hazır olana kimi qaynadılır. Vaxtaşırı kəfi yığılır.