+1 səs
136 baxış
Yemək, Aşpazlıq bölməsində

Böyürtkən mürəbbəsi necə hazırlanır?

1 cavab var:

0 səs
Böyürtkən - 1 kq, toz-şəkər - 1 kq, ətirşah yarpağı - 4-5 ədəd.
Giləmeyvələr təmizlənir, az-az süzgəjdə üzərindən su ötürülməklə yuyulur. Giləmeyvənin suyu süzüldükdən sonra üzərinə toz-şəkər səpilib 3-6 saat suyunu buraxmaq üçün saxlanılır. Əgər giləmeyvələr suyunu çətin buraxırsa, mürəbbə bişirilən ləyəndən iri olan başqa ləyənə və yaxud qazana bir qədər su tökülür və qızdırılır. Mürəbbə bişirilən ləyən onun üstündə qoyulub buxarın istiliyi hesabına (su hamamı kimi) qızdırılır ki, giləmeyvə suyunu tez buraxsın. Bu zaman və ümumiyyətlə mürəbbə bişən müddətdə onu qaşıq və ya kəfkirlə qarışdırmaq olmaz. Ləyəni iki əllə tutub silkələməklə qarışdırmaq məsləhətdir. Yalnız belə etdikdə giləmeyvələrin bütöv qalması mümkün olur.
Giləmeyvələr şirəsini tam buraxandan sonra vam isti- likdə köpüyü yığılmaqla hazır olana kimi 2-3 dəfəyə bişirilir. Mürəbbəni ətirləndirmək üçün axırda ətirşah yarpağı əlavə edilir. Hazır mürəbbəni bankalara yığdıqda ətirşah yarpağını da bankaya qoymaq lazımdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...