Qabığı təmizlənmiş alça - 1 kq, şəkər - 1,1 kq, su - 1 st.
Mürəbbə bişirmək üçün iri bağ alçası sortları, xüsusilə Ərəş və İstanbul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədinin kütləsi 40 q-a çatır. Alçanın qabığı soyulur, bu məqsədlə onu tutajaqlı süzgəjə yığıb 5-10 san ərzində qaynayan suda saxlayıb dərhal soyuq suda soyudurlar. Bundan sonra alçanın qabığı asanlıqla soyulur. Soyulmuş alçalar 1,5-2 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur, bir neçə yerdən deşdəklənir. Beləliklə, hazırlanmış alçanın üzərinə qaynar şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 3 dəfəyə bişirirlər.