+1 səs
125 baxış
Yemək, Aşpazlıq bölməsində

Alma mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Alma - 1 kq, şəkər - 1,1 kq, su - 1 st, ətir üçün hil - 2 q və ya yarım limonun qabığı.
Meyvələr yuyulur, qabığı soyulur, təmizlənir və 2 sm enində dilimlərə doğranılır. Xırda almalar dörd yerə bölünür. Doğranmış almalar qaralmasın deyə, 6-8 dəq müddətinə isti suya və ya limon duzu məhluluna salınır. Almalar salınmış isti 88 sudan şirə hazırlamaq üçün istifadə edilir. Turş və turşaşirin almaların bəzi növləri zərif olduğundan, onları 8-10 dəq qatı sodalı suda saxlamaq məsləhət görülür. Sonra alma dilimlərini isti suda saxlayıb, süzgəjdə üstündən bir neçə dəfə soyuq su ötürmək lazımdır. Şirə qaynadıqdan sonra alma dilimləri oraya tökülür və odun üstündən götürülüb 4-6 saat mətə qoyulur. İkinji dəfə qaynayana kimi qızdırılır və yenidən 4-6 saat saxlanılır. Üçünjü dəfə 5-7 dəq bişirilib yenə saxlanılır. Dördünjü dəfə hazır olana qədər bişirilir. Beləliklə alma dilimləri əzilmədən öz formasını saxlayır, şəffaflaşır. Əgər alma turş deyilsə, axırda hər kiloqram alma üçün 2 q limon turşusu, ətir üçün isə hil toxumu və ya limon qabığı əlavə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...