+1 səs
117 baxış
Yemək, Aşpazlıq bölməsində

Ağ gilas mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Çəyirdəyi çıxarılmış gilas - 1 kq, şəkər - 1-1,2 kq, limon turşusu - 2 q, vanilin - 1 q və yaxud hil - 3 q.
Mürəbbə bişirmək üçün sıx ətlikli gilas sortları götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə toz-şəkər əlavə edilir. 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6-8 dəq qaynadıb, 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu, vanilin və ya hil əlavə edilir.
1 kq gilasa 1 ədəd orta irilikdə limon götürülüb, qabığı ilə birlikdə xırda doğranılır (nazik dairəvi dilimlərə də doğramaq olar), mürəbbə hazır olana 15-20 dəq qalmış əlavə edilir. Belə mürəbbə daha da ətirli və dadlı olur. Bu zaman limon turşusu və ətirverijilər əlavə edilmir.
Gilas mürəbbəsini qoz ləpəsi ilə də hazırlayırlar. Gilasın tumu çıxarılıb yerinə 1/8 qoz ləpəsi qoyulur və yuxarıdakı qayda üzrə bişirilir. Şəkərin miqdarı hər kiloqram meyvə üçün 200 q artıq götürülə bilər.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...