+1 səs
227 baxış
Yemək, Aşpazlıq bölməsində

Ağ zoğal mürəbbəsi necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Ağ zoğal - 1 kq, şəkər - 1-1,2 kq, su - 1 st, ətirşah yarpağı - 2-3 ədəd.
Mürəbbə bişirmək üçün ağ zoğalın irigiləli, ətliyi qalın olan mədəni sortlarından istifadə edilir. Ağ zoğal yetişdikdən sonra dərilir, 2-3 gün sərin yerdə saxlanılır. Bu zaman zoğalın turşuluğu və ağızbüzüşdürüjü xassəsi azalır. Lakin zoğalı tamamilə yumşalmağa (lalıxlamağa) qoymaq olmaz.
Şəkərə su əlavə edib şirə bişirilir, seçilib yuyulmuş zoğal əlavə edilib 3-5 dəq qaynadılır. 1 saat saxlanılıb dərhal gur istilikdə 30-35 dəq ərzində bişirilir, axıra yaxın ətirşah yarpağı əlavə edilir. Mürəbbə bişirilən ləyən soyuq suyun içərisinə qoyulub tez bir zamanda soyudulmalıdır, əks halda zoğalın açıq sarımtıl rəngi, tünd qəhvəyi-qırmızımtıl rəngə çevrilir. Ağ zoğal mürəbbəsini uzun müddət şirədə saxlamaq olmaz. Ən çoxu 2 kq miqdarında az-az bişirilməlidir ki, keyfiyyəti və xariji görünüşü yaxşı olsun.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...