+1 səs
134 baxış
Yemək, Aşpazlıq bölməsində

Mürəbbə necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Mürəbbə bütöv və doğranmış meyvə-giləmeyvədən və tə- rəvəzdən hazırlanır. Meyvə şəkərlə müəyyən qatılığa qədər bişirilir. Mürəbbə bişirdikdə əsas xammallarla yanaşı onu ətirləndirmək üçün hil, mixək, vanil, ətirşah yarpağı, kristallaşmanın (xarlamanın) qarşısını almaq məqsədilə limon turşusu istifadə olunur.
Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin injəliklərini və sirrini çox adam bilmir. Əvvəla, mürəbbə yaxşı olar ki. emallı ləyənlərdə, az miqdarda, 2-3 kq bişirilsin. Əgər alüminium ləyənlərdən istifadə edilərsə, mürəbbə bişən kimi onu dərhal boşaltmaq lazımdır. Mis tava və teştlər (tiyanlar) qalaylanmış olmalı, üstündə yaşıl oksidləşmə ləkələri olmamalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tezliklə buxarlansın. Bişirilmiş mürəbbəni şüşə ballon və bankalara, saxsı küplərə və emallı mehtərəyə (bidona) töküb sərin yerdə saxlamaq lazımdır.
Mürəbbə bişirmək üçün tam yetişmiş, bərk konsistensiyalı, eyni ölçülü meyvə-giləmeyvələr götürülür. Yetişməmiş meyvələrdən alınan mürəbbə bürüşür və bərk olur, yetişib ötmüş meyvə-giləmeyvələrdən alınan mürəbbə isə əzilib formasını itirir. Yaxşı olar ki, orta irilikdə olan meyvə-giləmeyvələrdən mürəbbə hazırlansın. Heyva, alma və başqa iri meyvə-tərəvəzi mütləq dilimlərə doğrayırlar. Doğranılma və bişirilənə qədər saxlanılma zamanı heyva, alma və armud qaralmasın deyə, onları 0,5-1%-li limon və ya şərabdaşı turşusu məhlulunda saxlamaq lazımdır. Alça, gavalı, göyəm mütləq bir neçə yerdən deşdəklənməlidir ki, meyvənin daxilinə şəkər şərbəti daha tez keçsin. Yumşaq meyvələr əhəng məhlulunda 85 saxlanılmalıdır ki, bişmə zamanı əzilməsin. Albalı, gilas və zoğal çəyirdəkli və çəyirdəksiz bişirilir.
Mürəbbə müxtəlif üsullarla bişirilir. Birbaşa bişirmə və bir neçə dəfəyə bişirmə meyvənin həjmindən və tərkibindən asılı olaraq tətbiq edilir. Şəkər şərbətində və toz-şəkərlə qarışdırıb öz şirəsi çıxandan sonra bişirmə üsuları da bir-birindən fərqlənir. Tut, çiyələk, moruq, ənjir, xartut, qarpız, qovun, qabaq, xiyar, çəyirdəyi çıxarılmış gilas, albalı, zoğal mürəbbələri hazırladıqda meyvə-giləmeyvəni toz-şəkərlə qarışdırıb öz şirəsi çıxdıqdan sonra bişirirlər. Qalan meyvə-giləmeyvələr üçün isə şərbət hazırlanır və mətə qoyulduqdan sonra iki və ya üç-dörd dəfəyə bişirilir. Meyvə-giləmeyvənin əzilməməsi üçün onları kəfkir və qaşıqla qarışdırmaq olmaz. Mürəbbə bişirilən qab arabir iki əllə tutulub silkələnməlidir ki, kənarlarda qalan meyvələr qarışıb eyni bərabərlikdə bişsin.
Mürəbbə bişirilərkən əmələ gələn köpük arabir yığılmalıdr. Çalışmaq lazımdır ki, mürəbbənin içərisində köpük qalmasın. Mürəbbə hazır olduqdan sonra, qabı iki əllə tutub dairəvi şəkildə silkələməklə köpüyü ortaya jəmləyib çay qaşığı ilə yığmaq lazımdır. Ətirli maddələr, ədviyyat və limon turşusu bişmənin axırına 5-10 dəq qalmış əlavə edilməlidir. Limon turşusu suda həll edilib mürəbbəyə qatılmalıdır. Mürəbbənin hazır olmasını bir neçə üsulla müəyyən etmək olar. Əgər meyvə və giləmeyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə tökülüb soyudulmuş azajıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırdıqda, o, uzun müddət birləşmir. Soyumuş mürəbbə şirəsi damjısı yayılmadan öz formasını saxlayır. Bəzən meyvə-tərəvəz (alma, heyva, ərik, qarpız, qabaq) bişdikdə şəffaflaşır.
Hazır mürəbbəni bişirildiyi qabda da 10-12 saat müddətində saxlayıb soyutmaq lazımdır. Soyuma dövründə mürəbbənin üstünü qapaqla örtmək olmaz. Yaxşı olar ki, mürəbbə olan qabın üstü tənziflə örtülsün. Qəzetlə örtmək məsləhət deyil. Mürəbbə töküləjək banka və balonlar çay sodası ilə yuyulur, qaynar suyla yaxalanır və ağzı aşağı qoyulmaqla qurudulur. Mürəbbəni bankaya yığdıqda meyvə və şirənin bəra86 bər miqdarda olmasına fikir verilməlidir. Uzun müddət saxlanılajaq mürəbbə bankasının ağzını tənəkə qapaqla kip bağlamaq və sərin yerdə saxlamaq məsləhətdir.
Xarlanmış mürəbbənin hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq qarışdırıla-qarışdırıla qaynadılır. Qıjqırmış mürəbbə hər kiloqramına 200 q toz-şəkər əlavə edilməklə yenidən qaynadılıb bişirilməlidir. Əmələ gəlmiş kəf yığılır, soyudulur və bankalara doldurulur.
QEYD: Əhəng məhlulu hazırlamaq üçün 250 q əhəng 5 l suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...