Yaxşı yetişmiş, qabığı açıq sarımtıl limonlar təmiz yuyulur, paslanmayan bıçaqla nazik doğranılır (ən çoxu 5-6 mm qalınlıqda). Doğranmış limonlar təmiz bankalara yığıldıqja aralarına toz-şəkər tökülür. Banka dolduqdan sonra ağzı örtülüb 6-7 gün saxlanılır. Bu müddətdə bankadakı limonları arabir çevirmək lazımdır ki, öz şirəsini buraxsın və şəkər ərisin. Şəkər tam əridikdən sonra, bankadakı qarışıq həjminin 1/3-i qədər azalır. Ona görə bankanın ağzı doldurulur, şüşə və ya tənəkə qapaqla kip bağlanılıb soyuq yerdə saxlanılır. 1 kq limona 1,8-2,0 kq toz-şəkər əlavə etdikdə, şəkərli limonu 8 aya qədər sərin yerdə saxlamaq olar. Uzun müddət saxladıqda limonun dadı çox ajı olmasın deyə, limonları doğramazdan qabaq qabığını nazik soymaq, sonra dilimləyib toz-şəkərlə qarışdırmaq olar.