Moruq - 1 kq, toz-şəkər - 1,8-2,0 kq. Kənar qarışıqlardan təmizlənmiş moruq az-az süzgəjə tökülüb üzərindən 2 dəfə qaynadılmış soyuq su ötürülür və suyu tam süzülənə qədər saxlanılır. Sonra meyvələrin üzərinə toz-şəkər əlavə edilib qarışdırılır. Qarışıq emallı süzgəjdə taxta həvəngdəstə ilə əzişdirilməklə püre halına salınır, arabir qarışdırmaq şərtilə 1 gün saxlanılır, təmiz və quru bankalara yığılıb sərin və qaranlıq yerdə saxlanılır. Soyuqdəyməyə qarşı istifadə olunan ən yaxşı vasitədir.