+1 səs
149 baxış
Yemək, Aşpazlıq bölməsində

Meyvə sousları necə hazırlanır?

1 cavab var:

+1 səs
 
Meyvə-giləmeyvə püresi - 1 kq, toz-şəkər - 150-200 q. Meyvə sousları hazırladıqda meyvə-giləmeyvə püresinə şəkər az qatılır, azajıq bişirilir, pasterizə edilir və beləliklə çox keyfiyyətli, dadlı, bilavasitə qida üçün yararlı konserv əldə edilir. Meyvə sousları, bir qayda olaraq, zavod şəraitində hazırlanır və kütləvi iaşə müəssisələrində şirin xörəklərin hazırlanmasında və süfrəyə verilməsində istifadə edilir. Ən çox alma və ərik sousu hazırlanır. Lakin armuddan, heyvadan, şaftalıdan, gavalıdan, çiyələkdən, qarağatdan, moruqdan və digər meyvə-giləmeyvədən də sous hazırlamaq olar. Meyvə sousu üçün püreni adi üsulla hazırlayırlar. Bu məqsədlə bərk konsistensiyalı meyvə-giləmeyvəni 15-20 dəq azajıq su əlavə etməklə bişirin, yumşaq meyvə-giləmeyvəni isə taxta həvəngdəstə ilə əzirlər. Meyvənin tərkibindəki üzvi turşuların miqdarından asılı olaraq 1 kq püreyə 150-200 q tozşəkər (bəzi şirin meyvələrə 100-120 q toz-şəkər) əlavə edilir, yaxşı qarışdırılır, qaynayana qədər qızdırılır. Püre qaynadıqdan və şəkər tam həll olduqdan sonra alınan isti kütlə bankalara tökülür, yarımlitrlik bankalar 15-20 dəq, litrlik bankalar 20-25 dəq, üçlitrlik balonlar isə 50-60 dəq pasterizə edilir. Zövqdən asılı olaraq şəkərli meyvə sousunu bir qədər qaynadıb qatılaşdırmaq olar. Meyvə souslarından şirin xörəklərin hazırlanmasında, tort və piroqlar üçün içlik hazırlanmasında istifadə edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
...