Böyürtkən - 1 kq, toz-şəkər - 1,8-2,0 kq. Püre hazırlamaq üçün istifadə olunan böyürtkən irigiləli, əzilməmiş, turşumamış və quru olmalıdır. Böyürtkən təmizlənir, az-az tutajaqlı süzgəjdə yuyulur, üstündən qaynanmış soyuq su ötürülür və suyu tam süzüldükdən sonra toz-şəkərlə qarışdırılır. Kütlə taxta həvəngdəstə ilə əzilir, təmiz və quru bankalara doldurulur, ağzı kip bağlanır və sərin yerdə saxlanılır. Çiy mürəbbəni ağzı tənəkə qapaqla vintlənən bankalarda saxlamaq daha yaxşıdır.