+1 голос
111 просмотров
от в категории Yemək, Aşpazlıq

Şəkərli meyvə-giləmeyvə püreləri (çiy mürəbbə) necə hazırlanır?

1 Ответ

0 гол-в
от
Bəzi meyvə-giləmeyvələri püre halında şəkər əlavə etməklə konservləşdirmək olar. Bu zaman meyvə-giləmeyvələrin pörtülməsi, pürelərin pasterizə edilməsi tələb olunmur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, təmizlənib, yuyulub səthindəki suyu qurudulmuş meyvə-giləmeyvə xırda doğranır və ya ətçəkən maşından keçirilir və beləliklə alınmış kütlə toz-şəkərlə qarışdırılır. Əlavə edilən toz-şəkərin miqdarı meyvə-giləmeyvənin tərkibindəki quru maddənin, o jümlədən şəkərin miqdarından asılı olaraq 1 kq püre üçün 1,5-2,0 kq olmalıdır. Alınan şəkərli püredə şəkərin yüksək qatılığı və giləmeyvənin turşuluğu onların təzə halda dadlı və ətirli qalmasını təmin edir. Digər konservləşdirmə üsullarına nisbətən, bu üsulda meyvə-giləmeyvənin tərkibində olan vitaminlər və digər bioloci fəal maddələr daha yaxşı saxlanılır. Bu üsulun mənfi jəhəti ondadır ki, toz-şəkər daha çox sərf olunur. Məhsul pasterizə edilmədiyi üçün bütün sanitar qaydalara jiddi əməl olunmalı, banka və qapaqlar yaxşı yuyulmalı, qaynayan suda sterilləşdirilməlidir. Banka və qapağı dəsmalla silib qurutmaq məsləhət görülmür. Onları quruduju şkafda qurutmaq (ev şəraitində vam istiliyi olan duxovkada) lazımdır. Eyni zamanda giləmeyvəni diqqətlə saf-çürük etmək, yumaq və suyu quruyana qədər təmiz yerdə sərib saxlamaq lazımdır. Xırda giləmeyvədən kompot və pasterizə üsulu ilə püre hazırlamaq olar. İri gilələrdən isə çiy halda şəkərlə püre hazırlamaq daha yaxşıdır. Konservləşdirilmiş çiy mürəbbə bankalara yığılır və tənəkə qapaqlarla və ya şüşə qapaqlarla kip bağlanır, yaxud plastmas qapaqla örtülür. Hazırlanmış çiy mürəbbəni yay-payız vaxtı ev soyudujusunda, qış dövründə isə sərin yerdə 5-6 ay saxlamaq olar. Bu üsulla konservləşdirilmiş məhsullar dadına, ətrinə və orqanizmə xeyrinə görə təzə meyvə-giləmeyvədən az fərqlənir. Bütün payız-qış dövründə çiy mürəbbədən kisel, piroq üçün içlik hazırlamaq, eləjə də çayla içmək üçün istifadə edilir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
+1 голос
1 ответ
спросил 22 Янв от аноним в категории Yemək, Aşpazlıq
...