Albalı kompotunu ətirləndirmək üçün litrlik bankaya 5- 6 q təzə reyhan və ya 4-5 ədəd mixək və yaxud 4-5 q darçın və ya da 3-4 ətirşah yarpağı əlavə etmək olar. Alma kompotunu ətirləndirmək üçün litrlik bankaya 5-6 ədəd mixək və ya 6-7 q təzə reyhan göyərtisi əlavə etmək olar. Armud kompotunu ətirləndirmək üçün litrlik bankaya 1 q limon turşusu, 2 q sitrus meyvələrinin qabığı və ya istiot nanəsi əlavə etmək lazımdır. Zoğal kompotunu ətirləndirmək üçün litrlik bankaya 2-3 q istiot nanəsi və ya 3-4 ədəd ətirşah yarpağı əlavə etmək olar. Gavalı kompotunu ətirləndirmək üçün litrlik bankaya 5- 7 q təzə reyhan və ya ətirli dağ nanəsi ilə reyhanın bərabər miqdarda qarışığını əlavə etmək lazımdır. Gilas kompotunu ətirləndirmək üçün litrlik bankaya 6-7 q təzə reyhan və ya 2 q sitrus meyvələrinin qabığını əlavə etmək lazımdır. Heyva kompotunu ətirləndirmək üçün litrlik bankaya 1 q limon turşusu, 3-4 q sitrus meyvələrinin qabığı və ya bədrənj əlavə etmək olar.