+1 👍
159 👀
Yemək, Aşpazlıq

Şaftalı kompotu necə hazırlanır?

1 Ответ

+1 👍
 
Лучший ответ
Kompot üçün istifadə ediləjək şaftalı tam yetişməmiş, anjaq kifayət qədər şirin və ətirli olmalıdır. Şaftalı kompotunu çəyirdəkli və çəyirdəksiz hazırlamaq olar. Bəzi sortların çəyir dəyi ətlikdən asan ayrılır. Ona görə də bunları yuyub təmizlədikdən sonra bıçaqla dörd tərəfini kəsməklə çəyirdəyini asan çıxarmaq olar. Çəyirdəyi asan çıxmayan iri şaftalıları uzununa dilim şəklində doğrayıb sonra konservləşdirirlər. Bütöv şaftalıları bir neçə yerdən polad sanjaqla deşmək məsləhətdir. Bəzən şaftalının qabığını da soyurlar. Bunun üçün bərk meyvələr əvvəljə bir dəqiqə qaynar suda saxlandıqdan sonra soyuq suya qoyulur və beləliklə onların qabığı asanlıqla təmizlənir. Qeyd etmək lazımdır ki, qabıqla birlikdə şaftalı kompotu hazırladıqda (əgər qabıq ajı deyilsə) daha ətirli olur. Çünki ətirli maddələr şaftalının qabıq hissəsində daha çoxdur. Beləliklə, yuyulmuş və ölçüsünə görə çeşidlənmiş xırda şaftalıları bankalara bütöv şəkildə, iriləri isə yarı bölünmüş və ya dilimlənmiş şəkildə yığırlar. Üçlitrlik balona orta irilikdə 7- 8 şaftalı və ya 10-12 xırda şaftalı qoymaq lazımdır. Şaftalının üzərinə 10 l suda 2 kq toz-şəkər əridilmiş şirə tökülür (və yaxud üçlitrlik balona 2 nazik stəkan toz-şəkər əlavə edilməli və ağzınajan qaynanmış su əlavə edilməlidir). Yarımlitrlik bankaları 10 dəq, litrlik bankaları 20 dəq, ikilitrlik bankaları 30 dəq, üçlitrlik balonları isə 40 dəq qaynayan suda pasterizə etmək lazımdır. Bütöv meyvə yığılmış bankalar doğranmış tumsuz meyvə yığılmış bankalardan 5 dəq çox pasterizə edilməlidir. Pasterizə edilmiş bankaları germetik bağlayıb qapağı üstə soyuyana qədər saxlayırlar. Tumlu şaftalı kompotunu bir ildən artıq saxlamaq ol- maz. Əks halda diffuziya nətijəsində tumun nüvəsinə ajı tam verən amiqdalin qlükozidinin bir hissəsi kompotun şirəsinə keçir. Bu qlükozidin artıq miqdarı orqanizm üçün zərərlidir və zəhərlənməyə səbəb ola bilir. QEYD: Kompotları 8-10 gün otaq temperaturunda saxladıqdan sonra (bu müddətdə qapaqlar atmırsa) onları sərin və qaranlıq yerdə bir ilə qədər saxlamaq olar.

Похожие вопросы

...